Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin (Niyazi küçəsi 9) təmirdən çıxmış yeni korpusunun ictimaiyyət üçün açılış mərasimi keçirilib.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, dövlət rəsmiləri, muzey işçiləri iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək hər il ənənəvi olaraq ölkəmizdə də qeyd olunan 18 may - Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb. Bildirib ki, bu münasibətlə hər il bütün muzeylərdə “açıq qapı” aksiyası təşkil olunur. Bu il də ənənəyə uyğun olaraq bütün muzeylərdə “açıq qapı” olacaq, gecə saatlarına qədər pulsuz xidmət göstəriləcək.
Ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Milli İncəsənət Muzeyinin üçüncü korpusunun təmirdən sonra istifadəyə verildiyini deyən nazir, muzeydə aparılmış təmir-bərpa və bədii tərtibat işlərinin tamamlandığını qeyd edib: “Mədəniyyət ocağı son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz olunmuş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur və ən müasir mühafizə sistemləri ilə təmin edilib. Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Dünya və Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün ən uğurlu məkanlardan biridir. Ziyarətçilər bu muzeydə dünya mədəniyyətinin bir sıra örnəkləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sevindirici haldır ki, bu gün ölkəmizin bütün regionlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”.
Nazir çıxışının sonunda 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə təbriklərini çatdırıb, bu sahədə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova çıxış edərək hər il Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə keçirilən silsilə tədbirlərdən, reallaşan layihələrdən və dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimatı olub.
Məlumat verilib ki, saytın sadə, eyni zamanda zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır. İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb-tendensiyalar da nəzərə alınaraq saytın mobil versiyası və tətbiqlərinin də hazırlanması nəzərdə tutulub.
Sonda muzey sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət xadiminə nazirliyin təşəkkürnamələri təqdim olunub.
- 10:51 S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 10:25 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 10:20 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:08 Mərdəkan Mədəniyyət Sarayında konsert proqramı keçirilib
- 10:04 “Tarixin Lideri” adlı tədbir keçirilib
- 09:55 Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər
- 09:53 Kitabxanada “Yaradıcı oxucularımız” lahiyəsi davam edir
- 09:32 Bu gün Əməkdar incəsənət xadimi Hikmət Ziyanın doğum günüdür
- 09:30 Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
- 09:21 “Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
- 15:19 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib
- 17:50 Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib
- 15:41 “Heydər Əliyev - Müasir Azərbaycanın əbədiyaşar lideri” adlı tədbir keçirilib
- 14:26 Mədəniyyət Nazirliyinin rəhbərliyi Ulu öndərin məzarını ziyarət edib
- 12:44 “Güllərin harmoniyası” adlı fərdi sərgi keçirilib
- 11:12 Kitabxanada həyata keçirilən layihələr uğurla davam edir
- 10:46 “Tarix yaradan şəxsiyyət” adlı dəyirmi masa keçirilib
- 10:13 Həzi Aslanovun məzarı ziyarət edilib
- 09:49 Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il ötür
- 09:46 İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:43 “İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb
- 09:24 Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:22 Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
- 16:37 Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:33 Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir
- 16:24 Kitabxanada “Əbədiyaşar Lider - Heydər Əliyev” adlı dəyirmi masa keçirilib
- 16:23 Asif Mərzilinin “Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirilib
- 15:48 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
- 14:15 Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb
- 14:08 Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb
- 12:02 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:23 “Heydər Əliyev-xalq məhəbbətinin sönməz günəşi” adlı tədbir keçirilib
- 09:52 Bu gün SSRİ Xalq artisti Soltan Hacıbəyovun anadan olmasının 105 ili tamam olur
- 09:43 “Ulu Öndərimiz və Böyük qələbə” adlı tədbir keçirilib
- 09:35 “FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 09:28 Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib
- 09:27 “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub
- 09:25 “Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 17:29 Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir keçirilib
- 17:15 “Bu şəhərdə" komandasının üzvləri ilə görüş keçirilib
- 16:17 Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib
- 15:46 Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 14:29 Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib
- 14:21 Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 11:27 Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 144 ili tamam olur
- 11:21 “Heydər Əliyev və Ekoloji Siyasət” adlı məqalə təqdim olunub
- 10:13 Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib
- 10:03 “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
- 09:59 Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb
- 09:40 Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb
- 09:35 Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub
- 09:30 Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib
- 09:28 Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək
- 17:19 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 17:14 Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
- 17:09 Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib
- 15:41 Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib
- 15:19 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
- 14:17 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
- 14:13 Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib